Şahmatçı Vüqar Həşimov vəfat edib - YENİLƏNİB

Azərbaycan millisinin şahmatçısı Vüqar Həşimov vəfat edib. Uzun müddət xəstəlikdən əziyyət çəkən qrossmeyster bu gecə dünyasını dəyişib.

Müalicəsini tamamlamaq üzrə olan Həşimovun bu ildən yarışlara qatılacağı gözlənilirdi. Lakin başında bədxassəli şiş olduğu deyilən şahmatçımız gözlənilmədən vəfat edib. Həşimovun Almaniyanın Heydelberq klinikasında keçindiyi bildirilir.

Vüqar Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub. O, üçqat Azərbaycan çempionu tituluna sahib idi. O, FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşıb. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanan qrossmeyster 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.

Allah rəhmət eləsin!

Müəllif | Apa.Tv
Apa.tv