Qarabağ qaziləri prezidentə müraciət edib

Qarabağ qaziləri Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib. Yeddi təşkilatın bir araya gələrək, hazırladığı müraciətdə, ötən il dekabrın 25-də II qrup Qarabağ qazisi Zaur Həsən oğlu Həsənovla bağlı olaya dərhal müdaxilə etdiyi və onun ailə üzvlərinin problemlərinin bir hissəsinin həll olunması ilə əlaqədar ölkə başçısına minnətdarlıq bildirilib. Qarabağ qaziləri müraciətdə onların sosial problemlərinin həllinə dair təkliflər də irəli sürüblər. Qeyd edək ki, bu barədə hələ iki gün əvvəl Qarabag Qazilər Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu ilk dəfə APA TV-nin "Manşet" verlişində xəbər verib.

O deyib ki, 7 təşkilat Azərbaycan Resbubilkası suverenliyi və ərazi bütövlüyünü müdafiə edərkən sağlamlığını itirib əlil olan şəxslərin sosial problemlərinin həllinə dair təkliflər hazırlayıb.

Təkliflərə əsasən, qazilər ölkə başçısından Qarabağ əlillərinin (əsasən də sıravi heyətin) pensiya təminatı yaxşılaşdırılması, onlara kommunal xidmətlər sahəsində güzəştlər tətbiq edilməsi, Qarabağ əlilləri və onların ailə üzvləri üçün tibbi sığorta təminatı, təhsil haqlarının dövlət tərəfindən ödənilməsi, əlillərin sosial vəziyyətinin yaxşılaşdırılmasının effektli təşkilini təmin etmək üçün hökumət və QHT nümayəndələrindən ibarət komissiya və ya işçi qrup yaradılmasını xahiş ediblər.
 

Müəllif | Apa.Tv
Apa.tv