Ariel Şaron ölüb

İsrailin 85 yaşlı keçmiş baş naziri Ariel Şaron ölüb.

"Reuters"in məlumatına görə, 2006-cı ildən “Xaim Şeba” klinikasında komada olan keçmiş baş nazirin yanvarın 1-dən böyrəkləri funksiyasını dayandırıb. Yanvarın 9-dan isə həkimlər onun ölüm ayağında olduğunu bildirib. Ariel Şaron 2006-cı ilin yanvarında keçirdiyi insultdan sonra komaya düşüb.

Qeyd edək ki, Ariel Şaron 2001 - 2006-cı illərdə hökumət rəhbəri vəzifəsini icra edib. Ondan sonra baş nazir postunu Ehud Olmert tutub.
 

Müəllif | Apa.Tv
Elvin Bayramlı