Su zəhərlidir: İÇMƏYİN, ÇİMMƏYİN, YEMƏK BİŞİRMƏYİN
ABŞ-ın Qərbi Virciniya ştatında yerli Elk çayına kimyəvi maddələrin sızması nəticəsində 800-dək insan tibbi yardımın göstərilməsi üçün xəstəxanalara müraciət edib. Ştatın səhiyyə departamentinin nümayəndəsi Elizabet Şerman bildirib ki, 787 insan səhhətinin pisləşməsi səbəbindən təcili yardım xidmətlərinə müraciət edib. Həmçinin ev heyvanlarının səhhətində yaranmış problemlərlə əlaqədar 54 müraciət qeydə alınıb. Zərərçəkənlərin hamısında ürəkbulanma, qusma, mədə-bağırsaq pozuntusu, dəridə səpki və başgicəllənmə müşahidə olunur
Kimyəvi maddələrin sızması yanvarın 9-da Çarlston şəhərindəki kimyəvi zavodda baş verib. Nəticədə metiltsikloqen adlı kimyəvi maddənin bir hissəsi çaya, buradan isə şəhərin su təchizatı sisteminə keçib.
Qərbi Virciniya ştatının 9 dairəsində fövqəladə vəziyyət rejimi elan edilib. Mənzillərə verilən suyu yalnız texniki məqsədlər üçün istifadə etməyə icazə verilir. Ştat qubernatoru bildirib ki, yanğından qorunmaq istisna olmaqla sudan başqa məqsədlə istifadə etmək qadağandır. O, əhaliyə, içməyin, yemək bişirməyin, çimməyin deyə xəbərdarlıq edib. Qadağa ümumilikdə 300 min insanı əhatə edib.
Hazırda zərərçəkmiş rayonlara 1,4 mln. litr içməli su gətirilib, onun əhali arasında paylanılması üçün xüsusi məntəqələr yaradıb