Bakıda qətl: 28 YAŞLI GƏNC GÜLLƏLƏNDİ
Bakının Nəsimi rayonunda güllələnmə hadisəsi baş verib. Nəsimi rayon 19-cu polis bölməsindən verilən məlumata görə, hadisə gecə 22:40 radələrində metronun 20 yanvar stansiyasının yaxınlığında yerləşən " Velotrek" ticarət mərkəzinin qarşısında baş verib.
Qərbi Azərbaycandan olan hazırda Bakı şəhərində yaşayan 1986-cı il təvəllüdlü Novruzov Ramil Məhhərəm oğlu naməlum şəxs tərəfindən güllələnib. O, aldığı güllə yarasından dünyasını dəyişib.
Bildirilib ki, qətlə yetirilən şəxsin əvvəllər həbsdə olub.
Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.