Dəhşətli qəza: 1 ölü, 4 yaralı
Qaxda bir nəfərin ölümü ilə nəticələnən ağır-yol nəqliyyat hadisəsi baş verib. Hadisə gecə saatlarında Qax şəhərinin girişində qeydə alınıb. Zaqatala rayon Çobankol kənd sakini, 1994-cü il təvəllüdlü Məmmədov Rövşən Ramazan oğlu idarə etdiyi “VAZ 21011” markalı avtomobillə Qax şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarındakı qoz ağacına çırpıb. Baş vermiş qəza nəticəsində xəsarət alan sürücü Rövşən Məmmədov, avtomobildə olan digər sərnişinlər, sürücünün həmkəndliləri - 21 yaşlı Məmmədov Ramazan Qabil oğlu, 1993-cü il təvəllüdlü Qəribov Yəhya Elşən oğlu, 1991-ci il təvəllüdlü Əhmədov Elmir Ziyəddin oğlu ağır xəsarət alıblar. Digər yaralı 22 yaşlı Məmmədov Şəmsi Şamil oğlu xəstəxanaya aparılarkən yolda keçinib. Qax Mərkəzi rayon xəstəxanasının cərrahı İlham İbrahimovun APA TV-yə verdiyi məlumata görə, gecə radələrində xəstəxanaya 5 nəfər daxil olub. Onlardan biri artıq keçinibmiş. Digər 4 nəfər yüngül xəsarətlərlə ambulator yardım alıb, hazırda vəziyyətləri kafidir. Sürücü Rövşən Məmmədova ilkin yardım göstərildikdən sonra Qax RPŞ-ə aparılıb. Fakla bağlı cinayət işi başlayıb, araşdırmalar aparılır.