Braziliya həbsxanalarından dəhşətli görüntülər
Braziliyada qarşısının alınması mümkün olmayan həbsxana şiddəti beynəlxalq insan haqları təşkilatlarının da gündəmindədir. Həbsxana dəhşətini nümayiş etdirən fotoşəkildə, cinayətkar qruplaşmalar arasındakı döyüşdə başı kəsilən 3 məhkumun cəsədi digər qruplara ibrət olsun deyə nümayiş olunub. Cəsədlər üzərində ağır işgəncə izləri aydın görünür. APA TV-nin məlumatına görə, Beynəlxalq Əfv Təşkilatı səlahiyyətlisi Maranhao əyalətindəki həbsxanada 2007-ci ildən bu günə kimi 169 məhkumun öldürüldüyünü bildirib. Birləşmiş Millətlər Təşkilatı da həbsxana cinayətlərinin araşdırılması və qatillərin tapılması üçün Braziliya hökumətinə müraciət edib. Bu arada müfəttişlərdən biri qadın məhkumların çoxunun təhdidlərə boyun əymək məcburiyyətində qaldığını və təcavüzə uğradıqlarını bildirdi. Mütəxəssislər 2013-ci il ərzində 63 məhkumun həbsxanalarda qruplar arası döyüşdə həyatını itirdiyi deyir. Bəzi məhbusların isə çəkdikləri cəzanın üzərinə cəza alaraq daha uzun müddətə həbs edildiyi bildirilir.