“ZİL” qəzaya səbəb oldu, “VAZ-2107” və “Mersedes” toqquşdu

Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Lənkəran-Boradigah şose yolunun Separadi kəndindən keçən hissəsində qeydə alınıb. Zövlə kənd sakini Böyükağa Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobil qarşı tərəfdən gələn həmkəndlisi İldırım Həsənovun idarə etdiyi “Mersedes-Benz” markalı avtomobilin yoluna çıxaraq toqquşub. Güclü zərbə nəticəsində hər iki avtomobil ciddi zədələnib. “VAZ-2107”nin sürücüsü yüngül xəsarət alıb. “Mersedes”in sürücüsü bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.


Şahidlərin sözlərinə görə, “VAZ-2107” markalı avtomobilin qarşısına qəfildən “ZİL” markalı yük maşının çıxdığından sürücü maşını təhlükəsiz yola döndərmək istəyib, nəticədə qarşıdakı “Mersedes”lə toqquşub.

APA TV-nin xəbərinə görə, faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.
 

Müəllif | Apa.Tv