Lənkəranda sürücü piyadanı vurub qaçdı - ÖLÜM

Lənkəranda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza Lənkəran-Lerik şose yolunun Kərgəlan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Qurunba kənd sakini Zahid Bəhlul oğlu Məmiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Kərgəlan kənd sakini Abdulla Qulu oğlu Mirzəyevi vurub. Yaralı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

APA TV-nin xəbərinə görə, müxtəlif dərəcəli bədən xəsarətləri alan Abdulla Mirzəyevə ilkin tibbi yardım göstərilib və o, reanimasiya şöbəsinə yerləşdirilib. Bir neçə saat koma vəziyyətində qalan yaralı xəstəxanada dünyasını dəyişib.

Qəzanı törədən sürücü hadisə yerindən qaçıb. Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır. Hadisənin avtomobilin yüksək sürətlə idarə olunması və kənd ərazisində piyadalar üçün nəzərdə tutulan səkinin işıqlandırılmaması səbəbindən baş verdiyi bildirilir.

 

Müəllif | Apa.Tv