Ermənilər ƏSGƏRİMİZİ VURDULAR

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, cəbhənin Tovuz rayonu istiqamətində erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində 1995-ci il təvəllüdlü əsgər Əhədli Tapdıq Firdovsi oğlu düşmən tərəfindən açılan atəşdən güllə yarası alıb.

 

Tapdıq Əhədli 2013-cü ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsindən hərbi xidmətə çağırılıb.

 

Müəllif | Apa.Tv