63 yaşlı kişi evində DİRİ-DİRİ YANDI
Bakı şəhər Xəzər rayonunda yanğın hadisəsi baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 5 otaqlı evin dəhlizinin yanar konstruksiyaları 52 kv.m və dam örtüyü 70 kv.m sahədə yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1951-ci il təvəllüdlü Qəhrəman Qasım oğlu İsmayılovun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
APA TV-nin xəbərinə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə yerində aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.