Azərbaycanlı gənc hava limanında zəhərli maddə ilə tutuldu

Yanvarın 10-da Rusiyanın Xantı-Mansiysk hava limanında güclü təsirə malik maddə keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb. Uçuş öncəsi nəzarətdən keçən zaman 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşının fərdi əşyalarına baxışı zamanı rəngsiz maye ilə dolu 13 şüşə ampul aşkar edilib. Onlar tədqiqata göndərilib. Ekspertizanın nəticəsinə əsasən ,10,67 qr miqdarında olan bu maddə güclü təsirə malik maddə kimi təsdiq edilib.

 

APA TV-nin xəbərinə görə, azərbaycanlı həbs olunub, ona qarşı "Zəhərli, partlayıcı və radioaktiv tərkibli maddələrin qaçaqmalçılığı" maddəsi üzrə cinayət işi başlanılıb.

 

Müəllif | Apa.Tv