“Suriyanın dostları” Parisə toplaşdı - MÜNAQİŞƏ

Parisdə "Suriyanın dostları" adlı növbəti beynəlxalq görüş öz işinə başlayıb. İki gün davam edəcək toplantıya Fransanın xarici işlər naziri Loran Fabius sədrlik edir.

İclasda ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Misir və İordaniyanın xarici işlər nazirləri bir araya gəliblər. Toplantıya "Suriya Milli Koalisiyası"nın lideri Əhməd Cərbanın başçılıq etdiyi müxalif nümayəndə heyəti də qatılıb.

İştirakçılar 22 yanvar tarixinə planlaşdırılan "Cenevrə-2" beynəlxalq konfransının gündəmində olacaq məsələləri və Suriyadakı son vəziyyəti müzakirə edəcəklər.

Müəllif | Apa.Tv
Apa.tv