11 YAŞINDA GƏLİN, 13 YAŞINDA ANA OLAN qızın müəmmalı ölümü

Türkiyənin Siirt vilayətində 14 yaşlı gəlin evində güllə ilə başından vurulmuş halda tapılıb. APA TV-nin "Milliyet"ə istinadən yaydığı xəbərə görə, Kader Erten adlı qız uşaq yaşında ailə qurub. Onun ikinci uşağı erkən doğum zamanı ölüb. Hadisə bundan sonra baş verib. Məlumata görə, Kader Erten 11 yaş yarımında evləndirilib, ilk uşağını isə 13 yaşında dünyaya gətirib.

 

Qısa müddətdə yenidən hamilə qalan “uşaq gəlin”inin 7 aylıq körpəsi ana bətnində ölüb və erkən doğum baş verib. Ərgənlik yaşına çatmayan qadının körpəsinə görə depressiyaya düşdüyü, bu səbəbdən də intihar etdiyi bildirilsə də, Siirt prokurorluğu hadisə ilə bağlı cinayət işi açıb.

 

1 yaşlı körpəsi ilə hərbi xidmətdə olan ərinin yolunu gözləyən qadının ölüm səbəbi tam dəqiqləşməyib.

 

Prokurorluq onun ölümünü intihar hesab etməyib və şübhəli məqamlar aşkarlayıb.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı