Həbsdən yeni çıxmış gənclər aptek yardılar

Sumqayıt şəhər 3-cü polis bölməsinin əməkdaşları aptekdən oğurluq edən şəxsləri iş başında yaxalayıblar. Sahil qəsəbəsində yaşayan Tovuz rayon sakini, 1993-cü il təvəllüdlü Orxan Hüseynov yaşadığı Sahil qəsəbəsindən iş axtarmaq məqsədilə Sumqayıta keçmiş həbsxana yoldaşı Ramil Bayramovun yanına gedir. Orada işi alınmayan Orxan Hüseynov başqa çıxış yolu tapır: "İş axtardıq, alınmadı. Cibimdə pulum qalmamışdı. Fikirləşirdim ki, telefonu satım. Yolda gedəndə apteki gördüm. Çıxdım aptekin damına, şiferi çaxardım. Zəng elədim, Ramilə gəldi. Dedim ora-bura bax gələn-keçən görməsin. 35 manat pul var idi, götürdüm. Sonra çıxanda polislər bizi tutdu, gətirdilər polis şöbəsinə".

 

APA TV-nin xəbərinə görə, hadisənin digər iştirakçısı Ramil Bayramov da Orxanın dediklərini təsdiqləyib. O, həbsxanadan 9 ay əvvəl çıxıb. Onların hər ikisi oğurluğa görə məhkum olunub.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə