Rauf Arifoğlu: "Əli Kərimli mənə iki dəfə müavinlik təklif edib"
"Müsavat partiyasının siyasi kursu "Yeni Müsavat " qəzetinin redaksiyasında həll olunur".
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı APA TV-yə deyib ki, təmsil etdiyi partiyanın Müsavat partiyası və "Yeni Müsavat " qəzetinə qarşı münasibəti əslində hakimiyyətə qarşı olan mövqedir: "Baş verənlərin bütöv mahiyyəti onda ehtiva olunur ki, hakimiyyət tərəfindən Milli Şuranın parçalanması, gözdən salınması ilə bağlı ideoloji siyasi işin aparılması öhdəliyi "Yeni Müsavat" qəzetinin üzərinə qoyulub. Eyni zamanda bu prosesdə Müsavat partiyasının Milli Şuradan ayrılması vəzifəsi də "Yeni Müsavat qəzetinin üzərinə qoyulub. Hesab edirəm ki, əslində bu, durulma prosesidir".
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu səslənən fikirləri əsasız sayır. Onun sözlərinə görə, AXCP-nin qəzet üzərinə mənəvi terrorunun arxasında tamam başqa faktor dayanıb: "Əli Kərimli mənə iki dəfə müavinlik təklif edib. 2005-ci ildə Müsavatdan qopanda. Birdə bu yaxınlarda bir neçə ilə əvvəl İP Koordinasiya Şurasına üzv seçiləndə. Həmin vaxtlar mənə qarşı kompaniya gedirdi. Dedim, sənə çətin olmaz ki, elektoratı və qəzeti illərdir, mənim haqqımda neqativ kompaniya aparır. Dedi ki, bizdə hər şey komanda ilə həll olunur".
Rauf Arifoğlu bildirib ki, onun partiya dəyişmək fikri yoxdur: "Getsəm, başqa yerə getməyəcəyəm, qalsam müsavatdayam. Liderim də İsa Qəmbərdir. Mən Əli Kərimlidən keyfiyyətsiz siyasətçi deyiləm".
Əli Kərimlinin Azərbaycan prezidentliyinə iddia edən bir şəxs kimi ifşa olunduğunu diqqətə çatdıran Rauf Arifoğlu bildirib ki, bu partiyanın mənəvi-siyasi iflasıdır.