Kılıçdaroğlu: "Oğrunun müdafiə edildiyi bir ölkədə demokrtaiya ola bilməz
"Biz, Hakimlərin və Prokurorların Ali Şurası təklifinin geri götürülməsini və rüşvət əməliyyatının istintaqına hökumətin müdaxilə etməməsini istəyirik". APA TV-nin xəbərinə görə, bunu Türkiyənin ana müxalifət partiyasının lideri Kamal Kılıçdaroğlu ölkə prezidenti Abdulla Gül görüşündə deyib. Görüş 45 dəqiqə davam edib. Kamal Kılıçdaroğlu Tükiyədə keçirilən rüşvət əməliyyatlarına münasibət bildirərkən deyib ki, prokurorlar öz işini görməlidir: "Oğrunun müdafiə edildiyi bir ölkədə demokrtaiya ola bilməz".
"Milliyet"in xəbərinə görə, Kılıçdaroğlu keçirilən görüşdən məmnunluğunu bildirib: "Çox gözəl bir toplantı oldu. Siyasətçi olaraq biz bəzi şeyləri müzakirə etdik".
Türkiyə prezidenti Abdulla Gül, həmçinin MHP lideri Devlet Bağçalı ve BDP başcısı Səlahəddin Demirtaşı da Çankaya köşkünə dəvət edib.