Naməlum avtomobil MƏKTƏB DİREKTORUNU VURUB ÖLDÜRDÜ

Bakı-Qazax magistralında piyadanı maşın vurub. APA TV-nin məlumatına görə, hadisə magistral yolun Goranboy rayonunun Azad kəndi ərazisindən keçən hissəsində baş verib. Magistral yolu keçmək istəyən, Goranboy rayonun Azad kənd sakini, kənd orta məktəbin direktoru, 60 yaşlı Salman Abbasovu naməlum avtomobil vuraraq hadisə yerindən qaçıb. S. Abbasov ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Məktəb direktoru aldığı xəsarətdən xəstəxanada keçinib. Hadisə Azad kəndi sakinlərinin etirazları müşayiət olunub. Onlar magistral yolun Azad kəndindən keçən hissəsində nə piyada keçidinin, nə də avtomobillərin dönə bilməsi üçün yerin olmadığından şikayətlənirlər.

Piyadanın vurulması ilə bağlı Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. Hadisə yerindən qaçan sürücünün tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.
 

Müəllif | Apa.Tv
Azər Məmmədli