"Azərbaycanın münaqişənin həlli ilə əlaqədar mövqeyi aydındır" - RƏSMİ MÖVQE

"Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar mövqeyi aydındır və bu, beynəlxalq hüququn fundamental prinsipləri, BMT TŞ-nin dörd qətnaməsi, Helsinki yekun aktının rəhbər prinsipləri və digər beynəlxalq təşkilatların qətnamə və sənədlərinə əsaslanır".

 

APA TV-nin xəbərinə görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov İtalyanın aparıcı kütləvi informasiya vasitələrinı verdiyi müsahibəsində deyib: "Davamlı həllə nail olmağın və qonşu dövlətlər arasında sivil münasibətlərin yaradılmasının yeganə yolu Azərbaycanın ərazilərinin işğaldan azad olunması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi, öz doğma yurd-yuvalarına qayıtmaları üçün bir milyondan artıq qaçqın və məcburi köçkünün ayrılmaz hüquqlarının təmin edilməsidir. Əminliklə deyə bilərik ki, regionda sülh, təhlükəsizlik və davamlı inkişafa ən böyük hədə Azərbaycanın 20 faiz işğal olunmuş ərazilərində Ermənistanın hərbi qüvvələrinin mövcudluğudur. Ermənistan rəhbərliyi başa düşməlidir ki, konstruktiv yanaşmanın nümayiş etdirilməsi və qonşu dövlətə münasibətdə ilhaqçı siyasətdən imtina edilməsi regiondakı təhlükəsizlik qavrayışlarını dəyişəcək və sülh danışıqları prosesinə müsbət mənada təsir edəcək”.

 

Cənub qaz dəhlizi konsepsiyası gündəmə gətiriləndən etibarən Azərbaycanın onun həyata keçirilməsi üçün ardıcıl siyasi iradə nümayiş etdirdiyini deyən nazir Elmar Məmmədyarov, bu dəhlizin vacib strateji komponenti kimi TANAP layihəsi təşəbbüsünün meydana çıxmasının

Azərbaycanın bu məsələdə nə dərəcədə əzmli olmasının sübutu olduğunu deyib.

Müəllif | Apa.Tv