DƏHŞƏT: Xaçmazda meşədən 1000-dək at və eşşək cəsədi tapıldı
Xaçmaz rayonunda meşə massivində çoxlu sayda heyvan cəsədi tapılıb. Xaçmaz rayonun Qımıl kəndi ərazisində yoldan 250-300 metr aralıda təxminən 1000-dək at və eşşək cəsədi aşkarlanıb.
Aydın müşahidə etmək olur ki, bu heyvan cəsədləri at və eşşəkdir. Heyvanların üzərində ət təmizləndikdən sonra sümükləri meşəyə atılıb.
Meşə gözətçisi İlyas İlyasov APA TV-yə deyib ki, o ,bu vəzifəyə yeni təyin olunub. Ərazini təhvil-təslim edərək bura baxış keçirdiyi zaman bu faktla qarşılaşıb: "Meşəni gəzəndə belə hadisə ilə rastlaşdım. Müdirə məlumat verdim. Hər gün gözləyirəm ki, görüm kim gətirib tökür. Xəndək qazdırmışam ki, girməsinlər. Təxminən meşənin 3-4 hissəsində var".
Ehtimal olunur ki, əraziyə heyvan cəsədləri axşam saatlarında gətirilir və heyvanların ətindən kolbasa istehsalında istifadə olunur. Yoxsa, bu qədər atı və eşşəyi öldürmək kimə lazımdır ki?