Azərbaycanlı Moskvada lotereya aparatını oğurlayıb
Yanvarın 13-də naməlum şəxslər Moskvanın şərqində yerləşən ərzaq mağazasından iki lotereya avtomatı oğurlayıblar. APA TV xəbər verir ki, polisin yaydığı məlumata görə, onlar avtomatları yerindən çıxararaq "VAZ" markalı maşına yükləyiblər və qaçmağa çalışıblar. Lakin hadisədən təxminən yarım saat sonra Rusiya dövlət yol müfəttişləri avtomobili saxlayıblar. Hələ ki, yalnız sükan arxasında oturan şəxsin azərbaycanlı olması barədə məlumat var.
Faktla bağlı soyğunçuluq maddəsi ilə cinayət işi başlanıb.