Astarada 72 yaşlı qadın ƏRİNİ QƏTLƏ YETİRDİ

Astara rayonunda qətl törədilib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Pensər kəndində qeydə alınıb. Kənd sakini, 72 yaşlı Nənəxanım Qasımova həyat yoldaşı, 76 yaşlı Nəriman Həsən oğlu Qasımovu qətlə yetirib. Hadisəni törədən yaşlı qadın saxlanılıb. Hadisənin baş vermə səbəbləri hələlik bilinmir. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Müəllif | Apa.Tv