Lənkəranda GÜCLÜ YANĞIN
Lənkəranda güclü yanğın hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə yanvarın 14-də rayonun Darquba kənd sakini, 1962-ci il təvəllüdlü Vidadi Həmdəm oğlu Məmmədova məxsus fərdi yaşayış evində qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə göndərilib. Onların səyləri nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin və onun qonşu tikililərə keçməsinin qarşısı alınıb.
Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 122 kv.m olan kürsülü evin 62 kv.m ərazisi içindəki məişət avadanlıqları ilə birlikdə yanaraq yarasız vəziyyətə düşüb.
Yanğına elektrik naqillərindəki qısaqapanmanın səbəb olduğu ehtimal edilir. Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.