Dostunun maşınını oğurladı, tutuldu
Abşeron polisi iki nəfər şəxsi yaxalayıb. Nadirov Əzizağa Yavər oğlu ötən ilin yayında həbsdən çıxıb. Dələduzluq maddəsi ilə məhkum olunan Əzizağa bu dəfə dostunun avtomobilini qaçırıb. Dediyinə görə, qaynanası ücün darıxdığından Xaçmaza getməyi qərara alıb: "Nə bilim, içkili oturdum maşına, arvadımgilə getdim".
APA TV-nin xəbərinə görə, idarədən bildiriblər ki, Nadirovun dedikləri doğru deyil. Zərərçəkən polisə avtomobilinin qaçırılması ilə bağlı məlumat verəndən sonra əmlakı Xaçmaz rayonunda aşkar olunub.
Abşeron polisinin yaxaladığı diğər bir şəxs isə "KamAZ" sürücülərinin qənimi olan 1970-ci il təvəllüdlü Ağdam rayon sakini Quliyev Zabir Famil oğludur.
Özü bunları deyir: "Yolda dayandım, "KamAZ"-ı saxlatdım. Dedim ki, ev tikdirirəm materialları bizə aparmaq lazımdır. Amma üstümdə pulum yoxdur, bir saaata gətirəcəklər. Nə qədər lazım olduğunu soruşdu, dedim 2000 manat. Dedi ki, mənə min manat verə bilər, sonra hesablaşarıq. Aldım, aradan çıxdım".
Quliyevin sözlərinə, görə bu üsulla 4 nəfəri aldadıb.
Hər iki faktla bağlı cınayət işi başlanıb.