ABŞ konqresi büdcəni təsdiqlədi

ABŞ konqresində 2014-cü ilin dövlət büdcəsi təsdiqlənib. Təsdiq olunmuş yeni qanun layihəsinə görə, bu ilin büdcəsi 1 trilyondur və bu məbləğdən əsasən, dövlət tərəfindən maliyyələşən müəssisələr faydalanacaq. Öncəki qanunun çərşənbə günü qüvvədən düşmüş hesab ediləcək. Amma bu müddət uzadıla da bilər. Buna səbəb kimi yeni qanunla hamının yaxından tanış olmaması göstərilir. Yeni qanunda bir çox güzəşt də əksini tapıb. Senator Barbara Mikulski açıqlamasında yeni qanunda əsas xərclərin həcminin keçən ildən fərqlənməyəcəyini bildirib.

Xatirladaq ki, keçən il ABŞ-da büdcə və maliyyə ilə bağlı ciddi sıxıntılar yaşanmışdı.

 

Müəllif | Apa.Tv
Apa.tv