MİSİRDƏ REFERENDUM
Misirdə yeni konstitusiya layihəsi ilə bağlı iki günlük referendum başlayıb. Bu referendum Məhəmməd Mursinin hakimiyyətdən salınmasından sonra hərbçilərin hazırladığı "yol xəritəsi"nin birinci maddəsi kimi qəbul olunur. Bu son 3 ildə ikinci referendum seçkiləridir. İnsanlar Konstitusiyanın yenilənmiş variantını dəstəkləmək üçün küçələrə axışıblar. Referendumdan sonra aprel ayında prezident seçkilərinin keçirilməsi planlaşdırılır. Politoloqların fikrincə, bu posta ən real namizəd general Abdel Fəttah Əs-Sisi-dir.
APA TV-nin xəbərinə görə, eyni zamanda artıq müxalifətə çevrilmiş "Müsəlman qardaşları"nın liderləri öz tərəfdarlarını referendumu baykot etmək üçün aksiya keçirməyə çağırıblar. Misirdə hərbi diktatura quracağını düşündükləri bu dəyişiklikləri islamçılar heç zaman qəbul etməyəcəklərini bəyan ediblər.