Baytarlıq İdarəsi: MEŞƏDƏN TAPILAN AT VƏ EŞŞƏK AYAQLARIDIR
Xaçmazda aşkarlanan heyvan cəsədləri ilə bağlı RPŞ-nin əməkdaşları araşdırmaya başlayıb. Aşkarlanan faktla bağlı hüquq-mühafizə orqanları, dövlət baytarlıq və ekologiya və təbii sərvətlər nazirliyinin yerli qurumlarının əməkdaşları artıq əraziyə baxış keçiriblər. Rayon Bayrarlıq İdarəsinin rəisi Vasif Kəlbiyev bildirib ki, onlar hadisə barədə KİV-də yayılan məlumatlardan sonra xəbər tutublar: "Saat 10-da bizə məlumat daxil olub. Məlumatımız olmayıb. İndi gəlib baxırıq. Bəli eşşək və at ayaqlarıdır".
Yalama meşə mühafizəsi və bərpası müəssisəsinin direktor əvəzi Adil Məcidov deyir ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib: "Meşə ərazisi mühafizə olunan ərazidir. Mühafizə olunan ərazi yüzlərlə hektar ərazini əhatə edir. Hər bir vətəndaşın da bu ərazilərə girməyə ixtiyarı var".
Rayon Polis Şöbəsinin rəis müavini Valik Vəlimətov isə APA TV-yə deyib ki, cəsədləri meşə massivinə atanların şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.