AVTOBUS PİYADANI VURUB ÖLDÜRDÜ

Bakının Binə qəsəbəsində piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Südçülük Sovkozu"na gedən yolda 160 saylı "10 TG 247" dövlət nömrə nişanlı marşrut avtobusu tərəfindən vurulan piyada hadisə yerindəcə dünyasını dəyişib. Şahidlərinin sözlərinə görə, hadisəyə səbəb piyadanın qəfil avtobusun yoluna çıxması olub. Hadisə yerinə Təcili Yardım Xidməti çağırılıb. Naməlum kişi meyiti xəstəxanaya aparılıb. Xəzər Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, avtobus sürücüsünün ifadəsi alınması üçün rayon polis idarəsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv