Mağazalardan oğurluq edən yeniyetmə yaxalandı
Xaçmaz rayonunda oğurluqda təqsirləndirilən şəxs saxlanılıb. Xaçmaz Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, keçirilən əməliyyat zamanı Xudat şəhər sakini, 1996-cı il təvəllüdlü Nurməmmədov İlqar Seyfulla oğlu saxlanılıb. Araşdırmalar zamanı onun Xaçmaz rayonu, Nərəcan kənd sakinləri Fərrux Bəşirov və Samir Ağayevə məxsus mağazalardan pul, siqaret və şirniyyat oğurladığı müəyyənləşib.
Xaçmaz RPŞ-nin müstəntiqi Sail Tağıyev bildirib ki, həmin şəxs əvvəllərdə şimal bölgəsinin digər rayonlarından oğurluq edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.