Rusiya ilə Macarıstan arasında 10 milyardlıq NÜVƏ RAZILAŞMASI
Rusiya ilə Macarıstan arasında 10 milyard avro dəyərində nüvə razılaşması olub. Macarıstanın baş naziri Viktor Orban və Rusiya prezidenti Vladimir Putin Moskvada görüşüblər.
Razılaşmaya görə, Rusiya Macarıstanın paytaxtı Budapeştin cənubunda Paks nüvə stansiyasında iki yeni blok inşa edəcək.
APA TV-nin xəbərinə görə, Macarıstan Baş naziri Viktor Orban iki ölkə arasındakı əlaqələrin əhəmiyyətindən danışıb. İnşa ediləcək nüvə blokların 2023-ci ildən əvvəl fəaliyyətə başlaması gözlənilir. 10 ildir Avropa Birliyi üzvü olan Macarıstanın xüsusilə enerji sahəsində Rusiyaya asılılığı davam edir.