İSPANİYADA İĞTİŞAŞ: minlərlə insan küçəyə çıxdı
İspaniyanın Burqos şəhərində başlayan iğtişaşlarda davam edir. Dörd mindən çox insan şəhər meriyasının köhnə küçəni söküb, yerində yeni bulvarın salınması planlarına etiraz olaraq küçəyə çıxıb. Etirazçılar bunu şəhərin maliyyə problemlərini ağırlaşdıran mənasız layihə hesab edirlər.
Polis aksiya iştiraçılarına sərt müdaxilə edib. Su şırnağı və gözyaşardıcı qazdan istifadə edən polis kütləni dağıtmağa çalışıb.
APA TV-nin xəbərinə görə, Burqos şəhərinin meri isə 2011-ci ildə keçirilən bələdiyyə seçkilərinin nəticələrini xatırladaraq, şəhər sakinlərinin əksəriyyətinin 8 milyon avroya başa gələcək yenidənqurmanı dəstəklədiyini bildirib.