Bakıda "TOYOTA PRADO" AŞDI
Bakının Hövsan qəsəbəsində sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, "Duzlu göl"ə gedən yol ayrıcında baş verən qəzada "Toyota Prado" markalı avtomobil aşıb. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb sürücünün idarəetməni itirərək qəfil yoldan çıxması olub. Yoldan 200 metr aralıdakı maniyəyə çırpılan avtomobil aşaraq durub.
Nəticədə sürücü ağır bədən xəsarətləri alıb. Hadisə yerinə Suraxanı Rayon Yol Polisi Şöbəsinin əməkdaşları gəlib. Aşan maşın evakuator vasitəsi ilə hadisə yerindən götürülüb. Sürücü isə təcili yardım vasitəsi ilə Hövsan poliklinikasına aparılıb.
Faktla bağlı Suraxanı Rayon Yol Polisi Şöbəsində araşdırma aparılır.