Moskvada AZƏRBAYCANLI AMANSIZLIQLA QƏTLƏ YETİRİLDİ
Moskvada topdansatış məntəqələrinin birində azərbaycanlı qətlə yetirilib. APA TV-nin xəbərinə görə, polisə məlumatı yaxınlıqda işləyənlər və hal şahidləri veriblər. Hadisə yerinə gələn tibbi ekspertlər və hüquq mühafizə orqanlarının əməkdaşları mərhumun bədənində coxsaylı bıçaq xəsarətlərinin olduğunu müəyyən ediblər. 2-ci Kotlyakovskiy küçəsində yerləşən topdansatış məntəqəsi Moskvanın iri ticarət obyektlərindən biri sayılır. Azərbaycanlının orda işləyib-işləmədiyi hələlik bəlli deyil. Hadisəni törədən şəxslərin müəyyən olunması istiqamətində əməliyyat axtarış tədbirləri davam edir.
Artıq qətlə yetirilən şəxsin kimliyi müəyyənləşib. APA TV-nin Moskva müxbirinin əldə etdiyi məlumata görə, çoxlu sayda bıçaq xəsarətləri ilə öldürülən Azərbaycan vətəndaşı 1984-cü il təvəllüdlü Ağayev Füzuli Nizami oğludur.