"Boko Haram" Nigeriyada partlayış törətdi: 30 ölü

Nigeriyanın Mayduquri şəhərində güclü partlayış törədilib. APA -nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayıcı quraşdırılmış avtomobil mərkəzi bazar, poçt məntəqəsi və bir sıra dövlət qurumlarının yerləşdiyi küçədə partladılıb. Bazarda törədilmiş partlayış nəticəsində ölənlərin sayı 30-a çatıb. Hadisə şahidlərinin sözlərinə əsasən, terrorçular parlayıcı qurğunu taksi kimi istifadə edilən üçtəkərli motorikşaya quraşdırıb.  Partlayışa görə məsuliyyəti öz üzərinə “Boko Haram” radikal dini qruplaşma götürüb. 

 

Qeyd edək ki, Mayduquri şəhəri “Boko Haram” radikal terror təşkilatının fəaliyyət göstərdiyi Borno ştatının paytaxtıdır.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova