Misirdə refendum ölüm və həbslərlə başladı

Misirdə referendumun ilk günündə baş verən toqquşmalar zamanı 10 nəfər həyatını itirib. Qarşıdurmalar paytaxt Qahirədən kənarda 5 nəfərin ölümünə səbəb olub. Burada "Müsəlman qardaşları" tərəfdarları səsverməni dağıtmağa çalışıblar. Baş verən qarşıdurmanı hərbi qüvvələr və polis dağıdıb. 4 nəfər Sohar şəhərində ölüb. Rəsmi məlumata əsasən, buna səbəb silahlıların referenduma gedən insanlara atəş açması olub. Başqa mənbələrdə ölənlərin "Müsəlman qardaşları" tərəfdarları olduğu da deyilir. Beni-Sueyş şəhərində də fəallardan biri güllələnib.

 

France-Presse Agentliyinin yaydığı məlumata görə, referendumun ilk günündə 140 nəfər, o cümlədən seçkiləri boykot etmək istəyən "Müsəlman qardaşları" tərəfdarları həbs edilib.
 

APA TV xəbər verir ki, yeni konstitusiyanın layihəsi 2013-cü ilin 1 dekabrında təsdiq olunub. Sənəd üzərində işi cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar, o cümlədən "Müsəlman qardaşları"nın iki üzvü aparıb. Yeni konstitusiyaya əsasən hərbi təsir və parlament  gücləndiriləcək və islamın rolu azaldılacaq.

 

Müəllif | Apa.Tv