Qırğızıstanın fövqəladə hallar naziri Azərbaycandadır
Qırğızıstanın fövqəladə hallar naziri Kubatbek Boronovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. Qırğızıstan nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını, daha sonra Şəhidlər xiyabanını ziyarət edib, Heydər Əliyevin məzarı və “Əbədi Məşəl” Kompleksinin önünə əklil qoyub.
Kubatbek Boronov jurnalistlərə deyib ki, səfər iki ölkənin fövqəladə hallar orqanları arasında əməkdaşlığı gücləndirmək məqsədi daşıyır. Hazırda Qırğızıstan və Azərbaycan Fövqəladə Hallar Nazirlikləri arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyən nazir keçiriləcək görüşlərdə gələcək planların müzakirə olunacağını bildirib.
Qeyd edək ki, 3 gün davam edəcək səfər çərçivəsində Qırğızıstan nümayəndə heyəti Azərbaycan Fövqəladə Hallar Nazirliyinin bir sıra qurumları ilə də tanış olacaq.