Azərbaycandan Rusiyaya QAZ İXRACI DAYANDIRLDI

Yanvarın 13-də saat 10.00-dan etibarən texniki səbəblərdən Azərbaycan Rusiyaya qaz ixracını dayandırıb. APA TV xəbər verir ki, bu barədə Rusiya mətbuatı "Qazprom"a istinadən məlumat yayıb. İxracın nə zaman bərpa olunacağı məlum deyil.

 

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan qaz keçidlərinin olduğu Bakı-Rusiya sərhədi avtomobil yolu boyunca təmir işlərinin aparılması ilə əlaqədar Rusiyaya qaz ixracını müvəqqəti dayandırıb. Qazın verilişinin bərpa olunacağı tarix isə hələlik məlum deyil.

 

Azərbaycan Rusiyaya sutkada 3 milyon kub metr qaz tədarük edib.
"Qazprom" və ARDNŞ arasındakı müqaviləyə əsasən qaz ixracı 1 yanvar 2010-cu ildən həyata keçirilir. 

Müəllif | Apa.Tv