İki YÜK MAŞINININ YARIŞI

Bərdədə iki nəfərin yaralanmasıyla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə Cəyirli kəndində qeydə alınıb. Şahidlərin sözlərinə görə, Yevlax istiqamətindən Bərdəyə doğru hərəkət edən 25 BE 694 nömrə nişanlı “KamAZ” markalı avtomobil eyni istiqamətdə hərəkət edən Rzayev Eyvaz Cəlal oğlunun idarə etdiyi  “MAN OG 410” markalı TIR yük maşınını ötüb keçmək istəyib. Ancaq “KamAZ”ın sürücüsü ötmə əməliiyatını düzgün yerinə yetrimədiyinə görə, yol qəzası törədib. Maşınların birinin yükü pivə, digərində  isə ərzaq malları olub. Yoldan çıxan maşınların hər ikisi kənd sakinlərinə məxsus yardımçı tikilələrə zərər vurub. “KamAZ”ın sürücüsü Əliyev Səyavuş Hekayət oğlu və onun sərnişini Cəfərov Kənan Bəhmən oğlu müxtəlif bədən xəsarətləriylə Bərdə MRX-ya yerləşdiriliblər. Onların hər ikisi Göygöl rayon sakinidir.

Faktla bağlı Bərdə RPŞ-də araşıdrma aprılır. 

Müəllif | Apa.Tv