“Şəfa-Broyler”in İŞÇİSİ MÜDİRİNİ ÖLDÜRDÜ

“Şəfa-Broyler”in müdiri faciəli şəkildə ölüb. Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayon ərazisində yerləşən “Şəfa-Broyler” şirkətində qeydə alınıb. Şirkətin işçisi, Gürcüstan vətəndaşı Ramiz Mustafayev idarə etdiyi “Mercedes” markalı avtomobili arxaya verərkən şirkətin müdiri, Bakı şəhər sakini Taleh Tağıyevi divara sıxıb. Taleh Tağıyev hadisə yerində keçinib.

APA TV-nin xəbərinə görə, Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elvin Bayramlı