Küçədə Qəzet SATIŞINA QADAĞA

Paytaxtda küçə ticarətinə, həmçinin qəzet və jurnalların səyyar satışına qadağa qoyulub. APA TV-nin məlumatına görə, Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən verilmiş icazələr 1 yanvar 2014-cü ildən ləğv edilib.

 

Bakı Şəhər Ticarət və Xidmət Departamentinin bu qərarı paytaxtın abadlaşdırılması, gözəlləşdirilməsi, şəhərdə dünya standartlarına uyğun ən müasir qəzet və jurnalların satış köşklərinin quraşdırılması nəzərə alınaraq qəbul edilib.

 

Bildirilir ki, bundan sonra şəhər ərazisində küçə ticarətinə yol verilməyəcək, qəzet və jurnalların satışı isə yalnız və yalnız şəhərdə quraşdırılmış dünya standartlarına cavab verən köşklərdə həyata keçiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv