Rusiyada küçənin ortasında "QURAN" YANDIRILDI
İnternetdə Rusiyada bir qrup naməlum gəncin Quranı yandırmasını əks etdirən videosu yayılıb. Futbol oyunundan sonra metroya düşən gənclər kitabı yandıraraq qeyri-slavyan görünüşlü kişidən "Allahdan üz döndər" deməyi tələb edirlər.
Görüntülər internetdə yayıldıqdan sonra Rusiya müsəlman icmasının rəhbərlərindən olan Ruşan Abbasov faktı pisləyib və Daxili işlər Nazirliyinə müraciət edib. Müraciət əsnasında Rusiya DİN-nin paytaxt Baş İdarəsinin rəisi Anatoli Yakunin Quranı yandıranları müəyyən etmək üçün xüsusi operativ qrupun yaradılması barədə sərəncam verib.
Sərəncama əsasən, paytaxt polisinin operativ əməkdaşlarının daxil olduqları xüsusi qrup yaradılıb. Onlara Quranın yandırılmasını lentə alaraq internetdə yerləşdirənləri ən qısa müddətə müəyyən edərək məsuliyyətə cəlb edilməsi tapşırılıb.
Axtarış 48 saat çəkib. Onlardan biri artıq yaxalanıb. Əvvəllər soyğunçuluq və oğurluq maddələri ilə məhkumluq həyatı yaşamış Tver vilayətinin 23 yaşlı sakini həbs edilib.