1 yaşlı ASAN XiDMƏT
Bir il öncə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyi, daha asan dildə desək, ASAN xidmət yaradılıb. Xidmət dünyanın ən qabaqcıl, təcrübəsinin Azərbaycanda tətbiq olunması ilə nəticələndi Azərbaycanda həyata keçirilən müasir dövlət quruculuğunun, yeni texnologiyaların tətbiqini isbatlayıb. Bir ildə respublikada xidmət mərkəzlərinin sayı 5-ə çatıb. Hazırda 9 dövlət orqanı 25 sahə üzrə xidmət və 22 funksional yardım göstərir. APA TV-nin xəbərinə görə, Agentliyin sədri İnam Kərimov Bir il ərzində ASAN xidmət mərkəzlərinə 959 min vətəndaşın müraciət etdiyini deyib. Onlardan 90 faizi vətəndaş məmnunluğu ifadə edib.
Səyyar "ASAN xidmət" avtobusları vasitəsilə isə 21 dayanacaq nöqtəsində 37 rayonun 58 min 603 nəfər vətəndaşının müraciətinə baxılıb. ASAN xidmət bu il fəaliyyətini daha da genişləndirəcək. 2014-cü ildə 4 və ya 5 yeni xidmət mərkəzinin açılması planlaşdırılır: "Mart ayında 4 saylı Sabunçu ASAN xidmət fəaliyyətə başladıqdan sonra Bakıda qeydiyyat yerindən asılı olmayaraq, Bakı, Sumqayıt, Abşeron sakinləri istənilən mərkəzə müraciət edə biləcəklər".
Fevralın 1-dən isə Bakı şəhərində vətəndaşlar ilk dəfə olaraq, əlavə xidmət haqqı ödəməklə “ASAN Xidmət”in səyyar avtobuslarından yararlana biləcəklər. Bu xidmət əlillərə, hərəkət imkanları məhdud olan uşaqlara tam pulsuz olacaq. Xidmətin mərkəzlərində 260 əməkdaş çalışır. Bundan əlavə, müxtəlif dövlət qurumlarından mərkəzlərə 412 nəfər ezam olunub. Bu günədək "ASAN xidmət" mərkəzlərində 1138 könüllü fəaliyyət göstərib ki, onlardan 880 nəfəri artıq məzun olub.
Xidmət mərkəzlərində vətəndaşların təklif və şikayətləri üçün skype köşklər, elektron sorğular quraşdırılıb. Eləcə də vətəndaşlar elektron növbəyə yazıla, 108 çağrı mərkəzi vasitəsi ilə öz suallarına cavab tapa bilərlər.
ASANın bütün xidmət mərkəzlərində vətəndaşların gözləmələri və vaxtlarını səmərəli keçirmələri üçün tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, internet-kafe, poçt şöbələri, fotostudiya,kafe ,uşaqlar üçün ayrıca oyun guşəsi fəaliyyət göstərir.