Bakıda GƏNC OĞLAN ÖZÜNÜ BİNADAN ATDI

Bakıda gənc oğlan özünü hündürlükdən atıb.

Hadisə yanvarın 15-də saat 17.00 radələrində, Babək prospekti - 94 ünvanında qeydə alınıb. APA TV-nin məlumatına görə, hələlik şəxsiyyəti məlum olmayan gənc çoxmərtəbəli binanın 7-ci mərtəbəsindən özünü atıb.

Ağır xəsarətlər alan gənc 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı 34 saylı polis şöbəsində araşdırılma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı