Bu avtomobillərin Azərbaycana İDXALINA QADAĞA QOYULACAQ

"Azərbaycanda "Avro-3" standartlarına keçilmədən "Avro-4" ekoloji standartları tətbiq ediləcək. Stadanrtın tətbiqinə bu il aprelin 1-dən başlanacaq. Bu, həm idxal olunan, həm də ölkədə istehsal olunan avtomobillərə aiddir".

 

APA TV xəbər verir ki, bunları Metrologiya və Patent üzrə Dövlət Komitəsi Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sadiq Abdullayev bildirib: "Bu da Azərbaycanda bütün sahələri əhatə edən inkişafla bağlıdır. Belə qərar qəbul olunub ki, "Avro-3"ə keçmədən "Avro 4" qəbul olunsun. İnsan sağlamlığının və ətraf mühitin qorunması önəmli aspektlərdən biridir və bu səpkidən zərərli maddərlərin qarşısının alınması kimi əsas amillərdən biridir. Bu qərarın əsas məqzi insan həyatının və sağlamlığının qorunmasıdır".

 

 

Komitə rəsmisi bildirib ki, Azərbaycanda istehsal olunan yanacaq materialları, o cümlədən benzin, dizel "Avro-3" tələblərinə uyğundur. "Avro-3" və "Avro-4" arasında böyük fərq olmadığı üçün qərarın qəbul olunması tezləşdirilib. Ölkədə  istismarda olan zavodların da "Avro-3" standartlarına cavab verdiyini deyən Sabiq Abdullayev bildirib ki, Dövlət Neft Şirkəti ilə aparılan danışıqlar əsasında yaxın zamanlarda istehsal olunan yanacaq materiallarına da uyğun standartlar hazırlanacaq.

 

Aprel 1-dən avtonəqliyyat vasitələrinin Azərbaycana idxalı müvafiq qaydalara uyğun olaraq mümkün olacaq: "Bu avtomobillərin Avropa İttifaqına daxil olan ölkələrin istehsalı üçün 2005-ci ildən, ABŞ istehsalı üçün 2004-cü ildən, Yaponiya, Çin istehsalı üçün 2011-ci ildən, Koreya istehsalı üçün 2006-cı ildən, Türkiyə istehsalı üçün 2009-cu ildən yuxarı olması nəzərdə tutulub"

 

 

Ekspertlər isə hesab edir ki, ölkəmizin "Avro 4"ə keçməsi respublikaya gətiriləcək avtomobillərin qiymətinə ciddi təsir edə bilər. Eyni zamanda ölkə daxilində hazırda istismarda olan avtomabillərində bahalaşması istisna edilmir. Ekspert Sülhəddin Gözəlovun sözlərinə görə, bazarın müəyyən təlabatı var. Sülhəddin Gözəlov deyir ki, bütövlükdə bu stnadartın tətbiqi həm ekoloji durumun yaxşılaşdırılmasına, həm də insanların sağlamlığına xidmət edəcək. Eyni zamanda yanacaq enerji resurslarının sərfi baxımından qənaətli olacaq: "15 -20 il bundan əvvəl istehsal olunan avtomobillərlə müqayisədə 2 dəfəyə yaxın fərq olur. Bu avtomobillər yanacaq qənaətliliyi baxımından daha sərfəlidir".

 

 

Hazırda Avropa Birliyinə daxil olan ölkələr daha mütərəqqi “Avro-5” standartını tətbiq edir ki,  bu da həm yanacağın tərkibi, həm də avtomobillərin texniki vəziyyəti ilə bağlı yüksək tələb qoyur.

 

 

Müəllif | Apa.Tv