BAKIDA İNTİHAR EDƏN ORTA MƏKTƏB ŞAGİRDİ İMİŞ - YENİLƏNİB
Bakıda gənc oğlan özünü hündürlükdən atıb.
Hadisə yanvarın 15-də saat 17.00 radələrində, Babək prospekti - 94 ünvanında qeydə alınıb. APA TV-nin məlumatına görə, 1997-ci il təvəllüdlü İsmayıl Əhmədov çoxmərtəbəli binanın 5-ci mərtəbəsindən özünü atıb.
Ağır xəsarətlər alan gənc 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, İsmayıl Əhmədov Nərimanov rayonunda yerləşən 34 saylı məktəbin 11-ci sinif şagirdidir.
İsmayıl Əhmədov ağır xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı 34 saylı polis şöbəsində araşdırılma aparılır.