BAKIDA İNTİHAR EDƏN YENİYETMƏ: "Problemlərim var..." - TƏFƏRRÜATLAR
Bakıda orta məktəb şagirdinin intihara cəhdinin bəzi təfərrüatları məlum olub. APA TV-nin məlumatına görə, özünü çoxmərtəbəli yaşayış binasından atan 17 yaşlı İsmayıl Əhmədov Bakının Sulutəpə qəsəbəsində yaşayır. Onun Babək prospektində intihara cəhd etməsi sırf təsadüf olub. Yeniyetmə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən xilas edildikdən sonra bildirib ki, Babək prospekti-94 ünvanında özünü atmaq üçün yer axtararkən 5-ci mərtəbədə hələ təmiri bitməmiş mənzil tapıb. O, həmin mənzilin eyvanından özünü atsa da, 2-ci mərtəbəyə düşüb. Yaxınlıqdakı vətəndaşlar yaralanan İsmayıl Əhmədovu düşdüyü yerdən çıxara bilməyiblər və FHN-nin "Qaynar xətt" xidmətinə müraciət ediblər.
APA TV-nin xəbərinə görə, İsmayıl Əhmədov Nərimanov rayonunda yerləşən 34 saylı məktəbin 11-ci sinif şagirdi olsa da, bu tədris ilində dərslərə ümumiyyətlə getmədiyini bildirib. O, intihara cəhdinin səbəbini də izah edə bilməyib və yalnız "Probelmlərim var, yaşamaq istəmirəm" deyib.
Qəribəliklər intihara cəhddən sonra da davam edib. Belə ki, İsmayıl Əhmədov hadisədən sonra çatdırıldığı xəstəxananı tərk edib.
Həkim deyib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Ximətinin xilasedicilərinin xilas etdiyi 17 yaşlı yeniyetmə xəstxanaya orta ağır vəziyyətdə daxil olub.
Bu qədər xəsarətləri olan yeniyetmənin valideynləri tərəfindən xəstəxanadan niyə çıxarıldığının əsl səbəbi qaranlıq olaraq qalır. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmaları davam etdirir.