Bakıda "BMW" ilə "Mercedes" toqquşdu
Bakının Sabunçu rayonu ərazisində, Şəhər şossesində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Anar Əliyevin idarə etdiyi "BMW" və Şamil Quliyevin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
İlkin ehtimala görə, "Mercedes" markalı avtomobil Şəhər şossesindən məhəlləarası yola daxil olmaq istəyib. İşıqforun qadağanedici işığında hərəkətini davam etdirən "BMW" markalı avtomobil isə ona çırpılıb.
Lakin "BMW"-nin sürücüsü Anar Əliyev bunun əksini iddia edir.
Sürücülərin hər ikisi bir-birilərini avtomobili sərxoş idarə etməkdə günahlandırıb. Bu iddiaların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün sürücülər tibbi müayinəyə aparılıb.