İmişlidə qətl: 45 YAŞLI QADININ MEYİTİ TAPILDI

İmişlidə soyuq silahla qətlə yetirilmiş qadın meyiti tapılıb. İmişli polis şöbəsindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə rayonun  Bəhrəmtəpə qəsəbəsi və Qaragüvəndikli kəndini birləşdirən daxili yolun kənarındakı ərazidə baş verib. Həmin ərazidə yerləşən damda qadın meyiti  aşkarlanıb. İlkin araşdırma zamanı  qətlə yetirilənin şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, İmişlidə məskunlaşan Cəbrayıl rayonunun Dağveysəlli kənd sakini,  45 yaşlı məcburi köçkün Səfərova Reyhan Cümşüd qızı soyuq  silahla naməlum şəxs və ya şəxslər tərəfindən öldürülüb. Bildirilir ki, qətlə yetirlən şəxs həmin evdə tək yaşayıb.

 

Faktla bağlı  İmişli rayon prokurorluğunda cinayət işi  açılıb, əməliyyat axtarış işləri aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı