Qətldə günahlandırılan AZƏRBAYCANLI TUTULDU

Rusiyanın Çelyabinsk vilayətindəki Klyuçi kəndində yerli sakinin öldürülməsində şübhəli bilinən Azərbaycan vətəndaşı haqqında cinayət işi başlanıb. Rusiya mətbuatının verdiyi məlumata görə, istintaqın versiyasına əsasən, Mobil Hacı oğlu Nehrəliyev yanvarın 14-də içkili vəziyyətdə Klyuçi kəndində şəxsi evlərdən birində mübahisə zamanı yerli sakinin başına və qarnına çoxsaylı bıçaq zərbəsi endirib. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən ölüb.

APA TV-nin məlumatına görə, məhkəmə Mobil Nehrəliyev barəsində həbs-qətimkan tədbirinin seçilməsinə qərar versə də, hələlik rəsmi ittiham irəli sürülməyib. M. Nehrəliyevin Rusiya ərazisində qanuni yaşayıb-yaşamadığı araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv