ABŞ-ın nüvə silahları narkomanların əlindəymiş - ŞOK

ABŞ-ın hərbi hava qüvvələrində xidmət edən zabitlər komandanlığı aldatmağa cəhd ediblər. APA TV-nin "Rossiya 24" kanalına istinadən verdiyi məlumata görə, onlar test suallarını əvvəlcədən əldə edib və cavabları hazırlayıblar. Bu faktlarla bağlı araşdırma aparılıb. İstintaqın gedişi zamanı daha on nəfərin isə narkotikdən istifadə etdiyi müəyyənləşib. Onların hamısı xidmətdən kənarlaşdırılıb. Bu şəxslərdən bəziləri qitələrarası ballistik raketlərin buraxılışı üçün cavabdehlik daşıyıblar. Son zamanlar ABŞ hərbi hava qüvvələrində qalmaqalların sayı o dərəcədə artıb ki, bu hadisəni yalnız baş verənlərdən ən səs-küylülərdən biri adlandırmaq olar. Aparılan araşdırmalardan aydın olub ki, 6 aviabazada xidmət keçən 11 zabitin narkotik asılılığı var və onlar hətta narkoticarətlə də məşğul imiş. Onlardan adları gizli saxlanılan 3 nəfərin hətta ABŞ-ın Montana və Şimali Dakota ştatlarında döyüş vəziyyətində olan qitələrarası nüvə başlıqlı ballistik raketlərin növbəsini çəkdikləri bildirilir. Bu, yeganə xoşagəlməz hal deyil. Narkotiklə bağlı araşdırmalar başqa bir qalmaqallı hadisəni ortaya çıxarıb. Məlum olub ki, amerikan zabitlər aylıq test imtahanları zamanı biri-birinə SMS-lərlə cavabları da göndərirmişlər.

 

Müəllif | Apa.Tv
Apa.tv